Almaniyada tətillər səbəbindən bir neçə hava limanından uçuşlar ləğv ediləcək

Almaniyada tətillər səbəbindən bir neçə hava limanından uçuşlar ləğv ediləcək backend

"Verdi" həmkarlar ittifaqı Berlin, Hamburq, Hannover və Almaniyanın digər səkkiz şəhərində təhlükəsizlik işçilərini fevralın 1-də tətil etməyə çağırıb.

Qaziler.az bildirir ki, bu barədə yanvarın 30-da Almaniyanın “Tagesspiegel” qəzeti məlumat yayıb.

"Verdi" tətili yerli vaxtla səhər saat 3:30-dan 23:59-a qədər  keçirməyi planlaşdırır. Həmkarlar ittifaqı sərnişinləri, baqajı və yükləri yoxlayan işçiləri iştiraka dəvət edib. Bu, Almaniyanın əksər hissəsində hava nəqliyyatını iflic edər. Təkcə Berlin hava limanında fevralın 1-nə 170 reys nəzərdə tutulub.

Verdi həmkarlar ittifaqı işçilərin saatlıq əmək haqqının 2,80 avro artırılmasını və il ərzində mükafatların ödənilməsini tələb edir. Hazırda ən az maaş alan aviasiya təhlükəsizliyi köməkçisi vəzifələri 20,60 avro (ayda 160 saat üçün cəmi 3300 avro) maaş alır. Həmkarlar ittifaqı həm də işəgötürənlərin işçilərin real gəlirlərini azaldan inflyasiyanı nəzərə almasını istəyir.

QAZİLER.AZ
 

Diaspora