Ukraynalı hərbçi rus qoşunlarının ən dəhşətli silahından danışıb

Ukraynalı hərbçi rus qoşunlarının ən dəhşətli silahından danışıb backend

Ukraynalı hərbçi “Business Insider”ə müsahibəsində tankları Rusiya Silahlı Qüvvələrinin döyüş meydanındakı “ən dəhşətli” silahı adlandırıb.

Onun sözlərinə görə, rus tankları atəş açmağa başlayanda onu heç eşidə bilmirsən, üstəlik təyyarənin uçduğunu eşidirsən, tankı yox.

"Əgər yaxınlıqda tank varsa, o zaman yalnız Allah kömək edə bilər”, - ukraynalı əsgər deyib.

Bundan əlavə, Ukrayna hərbçiləri sursat çatışmazlığından şikayətlənərək, Rusiya Silahlı Qüvvələrinin müxtəlif növ silahlara çıxışı olduğunu qeyd ediblər.

BI qəzeti onu da yazıb ki, Ukrayna Silahlı Qüvvələri artıq ABŞ-ın təqdim etdiyi HIMARS raketlərinə və ya “Excalibur” artilleriya mərmilərinə etibar edə bilməz, çünki Rusiyanın elektron müharibə sistemləri daha effektivdir.

QAZİLER.AZ

Diaspora