Yaxın vaxtlarda Dövlət Dumasında yolverilməz davranışa görə xalq və əməkdar artist titullarından məhrum edilməsi məsələsi ilə bağlı dəyirmi masa keçiriləcək.
Qaziler.az xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin “NEWS.ru”ya bildirib.
O, bu görüşə müğənni Filipp Kirkorovu da dəvət edib. Eyni zamanda, Borodin müğənninin iclasa gəlməyəcəyinə əmin olduğunu bildirib.
Bu gün biz Dövlət Dumasında bu mövzuda dəyirmi masa keçirməyi planlaşdırırıq. Yaxın vaxtlarda Mədəniyyət Komitəsinin bütöv iclası olacaq, danışıqlar aparıb müzakirə edəcəyik ki, hansı düzəlişlər edilməlidir. Kirkorovu dəvət etməyə çalışacağıq, amma bu əclafın ora gələcəyini düşünmürəm. Burada nəyi təbliğ edirlər, mən LGBT-ni nəzərdə tuturam, bu məsələni də sınaqdan keçirmək və məsuliyyətə cəlb etmək lazımdır, çünki bizdə müvafiq qanun var. Bunun üçün bizdə bütün vasitələr var”, - Borodin bildirib.
O, fəxri adlardan məhrum edilmə məsələsində bloqer Anastasiya İvleyevanın təşkil etdiyi “çılpaq” şənliyin əsas rol oynadığını vurğulayıb. Borodin xatırladıb ki, Kirkorova qarşı petisiya 100 min səs toplayıb.
QAZİLER.AZ