Litvada rus məktəblərinin bağlanması təxirə salındı

Litvada rus məktəblərinin bağlanması təxirə salındı backend

Litvada rus məktəblərinin bağlanması ilə bağlı müvəqqəti qərar qəbul edilib. Qərara əsasən, ölkədə məktəblərin bağlanması məsələsi təxirə salınıb. 

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin təhsil, elm və idman naziri Gintautas Jakstas parlamentin təhsil və elm komitəsinin iclasında bildirib.

Onun verdiyi məlumata görə, qərar onların yerləşdiyi ərazilərdə təhsil müəssisələrinin olmaması səbəbindən qəbul edilib.

“Rusdilli məktəblərin bağlanması indi müzakirə olunmur, çünki yerli özünüidarəetmələrdə ümumiyyətlə məktəb çatışmazlığı var”, - nazir deyib.

Eyni zamanda, Jakstas əlavə edib ki, nazirlik bu ideyadan əl çəkmir. O, belə ehtiyacın qurumlarda anti-Litva əhval-ruhiyyəsinin yayılması ilə izah edib.

QAZİLER.AZ

Diaspora