Ekspertizanın ilkin nəticələri Belqorod yaxınlığında qəzaya uğrayan “İl-76” hərbi təyyarəsinin Qərbin zenit-raket kompleksi tərəfindən vurulduğunu göstərib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, təyyarənin yan örtükdəki zədələyici elementləri təhlil edilərkən bu nəticəyə gəlinib.
“Təyyarədə aşkar edilmiş dağıdıcı elementlərin ilkin müayinəsi raketin Qərb istehsalı olan hava hücumundan müdafiə sisteminə aid olduğunu göstərir”, - mənbə bildirib.
Qeyd edək ki, bundan əvvəl fövqəladə hallar xidmətinin insayderi bildirmişdi ki, İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasına Ukrayna raketinin vurulması səbəb olub. O, mühərriki zədələyib, bu da təyyarə üzərində idarəetməni itirməsinə səbəb olub.
QAZİLER.AZ