Putin pensiyaya çıxdığını və iki yerdən təqaüd aldığını açıqladı

Putin pensiyaya çıxdığını və iki yerdən təqaüd aldığını açıqladı backend

Ötən il 70 yaşı tamam olan Rusiya Prezidenti Vladimir Putin yaşa görə pensiya almağa başlayıb.

Bu barədə Putinin özü 2024-cü il seçkilərində namizəd kimi qeydiyyatdan keçmək üçün Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi gəlir hesabatında məlumat verib.

Sənəddən belə çıxır ki, Putin iki pensiya alır. Onlardan biri hərbi təqaüddür (Rusiya prezidenti bunu 2018-ci ildə dördüncü müddətə namizədliyini irəli sürərkən verdiyi bəyannamədə qeyd edib).

Bəyannamədə Putinin pensiyasının məbləği göstərilməyib.

Xatırladaq ki, Rusiya MSK bundan əvvəl Putinin əmlakı və gəlirləri barədə məlumat yayıb.

Mənbə: Moscowtimes.ru / Oxu.az

Diaspora