Hava vasitəsilə çatdırılan yardımın tərkibi barədə məlumat verilmir
ABŞ-ın Müdafiə Nazirliyi Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə aparan yerli qüvvələrə yardım etdiyini bəyan edib. Lent.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın hərbi hava qüvvələri kürdlərin formalaşdırdığı PYD-nin silahlı qanadı olan YPG və YPJ qruplaşmalarına, Suriya Ərəb Koalisiyasının "Ceyş əl Suvar", "Burkan əl Fırat", "Əl Sanadid", "Əl Cezire Tuqayları" və Süryani Hərbi Birliyinə yardımlar edib. ABŞ bu silahlı birləşmələri "Suriya Demokratik Gücləri"ni təşkil edənlər kimi təqdim edib.Qeyd edək ki, yardımın böyük hissəsi avqustun 11-də hava vasitəsi ilə çatdırılıb.
Rəsmi Vaşinqton yardımın tərkibini açıqlamayıb.