İsrail HƏMAS-ın yeraltı tunellərini su ilə doldurur - VİDEO

İsrail HƏMAS-ın yeraltı tunellərini su ilə doldurur - VİDEO backend

İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı yeraltı infrastrukturunu su ilə doldurduğunu etiraf edib.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Müharibə zamanı SAXAL tunellərə böyük həcmdə su vurmaqla Qəzza zolağında yeraltı terror infrastrukturunu zərərsizləşdirmək üçün yeni imkanlar tətbiq edib", - məlumatda qeyd olunub.

Həmçinin qeyd edilir ki, İsrail ordusu Qəzza zolağının yeraltı infrastrukturuna su vurmaq üçün nasos və borulardan istifadə edir.

QAZİLER.AZ

Diaspora