Rusiyada saytlara girişdə nasazlıq texniki problem səbəbindən yaranıb. Mütəxəssislər artıq problemi aradan qaldırmaq üçün çalışırlar.
Qaziler.az xəbər verir ki, bu haqda açıqlama “.RU/.РФ” domenləri üzrə Koordinasiya Mərkəzindən “NEWS.ru”ya verilən məlumatda yer alıb.
“Qlobal DNSSEC infrastrukturu ilə əlaqəli .RU zonasına təsir edən texniki problem var. İnternet Texniki Mərkəzinin və MSK-IX-in mütəxəssisləri bunun aradan qaldırılması üzərində işləyirlər. Hazırda Milli Domen Adları Sisteminin (NDNS) abunəçiləri üçün problem həll olunub, bərpa işləri aparılır”, - Domen Koordinasiya Mərkəzindən bildirilib.
QAZİLER.AZ