Yaxın Şərqin ən güclü ordusuna malik ölkənin adı açıqlanıb - VİDEO

Yaxın Şərqin ən güclü ordusuna malik ölkənin adı açıqlanıb - VİDEO backend

Türkiyə ordusu Yaxın Şərqin ən güclü ordusu olub.

Qaziler.az xəbər verir ki, bunu “Global Firepower” (GFP) tədqiqat mərkəzinin tərtib etdiyi reytinq sübut edir.

Orduları sıralamaq üçün müəyyən bir ölkənin “hərbi güc indeksini” formalaşdırmağa imkan verən 60-dan çox amil nəzərə alınır. Bu rəqəm nə qədər aşağı olsa, bir o qədər yaxşıdır.

Tədqiqatçılar hesablamalar apararkən şəxsi heyətin tərkibinə, texnoloji səviyyəsinə, qoşunların yerləşdirilməsi coğrafiyasına, texnikanın kəmiyyətinə və növlərinə, ölkənin iqtisadi imkanlarına və digər göstəricilərə diqqət yetiriblər.

Türkiyə Yaxın Şərq ölkələri arasında 0,1697 “hərbi güc indeksi” ilə birinci yeri tutub. İran 0,2269 göstərici ilə ikinci, Misir isə 0,2283 göstərici ilə üçüncü yeri tutub. Üstəlik, son bir ildə Türkiyə və İran reytinqdə yüksəlibsə, Misir, əksinə, lider mövqeyini itirib.

Dördüncü yerdə İsrail (0,2596), beşinci yerdə Səudiyyə Ərəbistanı (0,3235) qərarlaşıb. Bundan sonra İraq (0,7441), BƏƏ (0,8083), Suriya (1,0026), Qətər (1,0789) və Küveyt (1,4261) qərarlaşıb.

QAZİLER.AZ

Diaspora