Yanvar ayında Çinin “OnePlus” şirkəti yeni flaqman olan “OnePlus 12”ni buraxıb. Qadcet artıq Çində bestsellerə çevrilib, lakin digər regionlardan olan istifadəçilər smartfonun xoşagəlməz xüsusiyyəti ilə üzləşiblər.
Qaziler.az “Rambler.ru”ya istinadla xəbər verir ki, Rusiya, Misir və digər ölkələrdən olan istifadəçilərin fikrincə, “OnePlus 12”nin Çin versiyası digər regionlarda istifadə üçün uyğunlaşdırılmayıb. Beləliklə, smartfona Rusiyaya məxsus SİM kart quraşdırarkən, bəzi funksiyaların əlçatmaz olacağı barədə bildiriş görünür. Bunlar arasında mobil zənglər etmək və SMS mesajlar almaq da var. Əvvəllər eyni problem “OnePlus 11”in Çin versiyalarında da müşahidə edilirdi.
Eyni zamanda, OnePlus 12 istifadəçiləri dəstək xidməti ilə əlaqə saxlamaq və smartfonun bütün funksiyalarını başqa regionda açacaq xüsusi kod almaq imkanı əldə edirlər. Şirkət hələlik vəziyyətlə bağlı açıqlama verməyib.
QAZİLER.AZ