Soyuq suda çimdikdən sonra boynundan aşağı iflic oldu

Soyuq suda çimdikdən sonra boynundan aşağı iflic oldu backend

İngiltərə sakini soyuq suda çimdikdən sonra boyundan aşağı iflic olub.

Qaziler.az xəbər verir ki, bu haqda “Sky News” yazıb.

Dan Riçards və sevgilisi Anna Tomas Yeni il gecəsini Lenqlend körfəzinin soyuq sularında çimərək qeyd ediblər. Su fəaliyyətindən sonra cütlük ailələrini ziyarət etməyi planlaşdırıb. Lakin britaniyalı birbaşa dalğaya dalmağa qərar verəndə hər şey plana uyğun getməyib.

Dalğa çox güclü idi və Danın soyuqdan əzələləri sıxıldığı üçün sudan çıxmaq istəyərkən başı zərblə dəyib və boynunu sındırıb.

“Mən dərhal iflic oldum. Suyun altında gözlərimi açdım, əzalarımı görürdüm, amma onları idarə edə bilmirdim”, deyə Dan xatırlayır.

“Riçards helikopterlə xəstəxanaya aparılıb və hazırda müalicə olunur. İndi Dan reabilitasiya keçir, normal həyata qayıtmağa çalışır. Tibbi xərcləri ödəmək üçün hətta yad insanlardan maddi dəstəklər gəlir”, - Anna deyib.

QAZİLER.AZ

Diaspora