Qara qutulardan əldə edilən ilkin məlumatlar Belqorod vilayətində vurulan "İl-76" hərbi təyyarəsinə xarici təsirləri təsdiqləyir.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, qeydedicilərdən alınan məlumatlar "İl-76"nın qəzaya uğramasının bütün mümkün versiyalarını istisna edib və təyyarənin havada vurulması təsdiqlənib.
Qeyd edilib ki, qara qutudakı məlumatların təhlili hələ tamamlanmayıb.
Xatırladaq ki, “İl-76” təyyarəsi yanvarın 24-də səhər saatlarında Belqorod vilayətinin Yablonovo kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarə əsir götürülmüş ukraynalı hərbçiləri regionun inzibati mərkəzinə daşımalı idi. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə ümumilikdə 65 ukraynalı əsgərlər, 6 ekipaj üzvü və üç müşaiyətçi olub.
QAZİLER.AZ