Ekvador prezidenti Daniel Noboa ölkədə təhlükəsizlik böhranı fonunda yerli həbsxanalarda saxlanılan əcnəbi məhbusların ekstradisiyasına başlamaq haqqında fərman imzalayıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Primicias” internet portalı məlumat yayıb.
“Yetkin kəslərin və yetkinlik yaşına çatmayan cinayətkarların cəza çəkməsinə cavabdeh olan milli xidmətə Ekvadorda çıxarılmış hökmə əsasən həbsdə olan əcnəbi şəxslərin öz ölkələrində cəzalarını çəkmələrini davam etdirmələri üçün vətənə qaytarılması üçün zəruri inzibati prosedurları həyata keçirmək tapşırılıb”, - portal fərmandan sitat gətirir.
2022-ci ilin rəsmi məlumatına görə, Ekvador həbsxanalarında 3245 əcnəbi saxlanılıb, məhbusların ümumi sayı 31 mini keçib.
QAZİLER.AZ