London Yaponiyadan silah alışını dayandırır

London Yaponiyadan silah alışını dayandırır backend

Böyük Britaniya Ukraynaya Britaniya istehsalı olan döyüş sursatı tədarükünü davam etdirməklə öz arsenalını artırmaq üçün Yaponiyadan 155 mm-lik mərmi almaq planlarından imtina etmək qərarına gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin bildirdiyinə görə, London bu ideyanı həyata keçirmək üçün hələlik rəsmi olaraq Yaponiya tərəfinə təklif göndərməyib.

Nəşrin məlumatına görə, Yaponiyanın Komatsu şirkəti Britaniyanın “BAE Systems” şirkətinin lisenziyası əsasında 155 mm-lik artilleriya mərmiləri istehsal edir. Britaniya hakimiyyətinin planlarını dəyişdirmək qərarına gəlməsinin konkret səbəbləri göstərilməyib. Eyni zamanda, Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi əmin edib ki, onun ölkəsi digər tərəfdaşları ilə birlikdə “Ukraynanın öz ərazisini müdafiə edə bilməsi üçün onu mümkün olan ən yaxşı şəkildə təmin etməyə davam edəcək”.

QAZİLER.AZ

Diaspora