Ərdoğanın qızına qarşı hazırlanan sui-qəsdin üstü açılıb

Ərdoğanın qızına qarşı hazırlanan sui-qəsdin üstü açılıb backend

Türkiyə Prezidentinin qızı Süməyyə Ərdoğana qarşı hazırlanan sui-qəsd planının üstü açılıb. Trend xəbər verir ki, bu barədə "Sabah" qəzeti ölkə kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Sui-qəsdin iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində həyata keçirilməsi planlaşdırılırmış.

Bir müddət əvvəl S.Ərdoğanın parlament seçkilərində iştirak edəcəyi barədə məlumat verilmişdi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qızına sui-qəsd hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları tərəfindən planlaşdırılıb.
Diaspora