Ukrayna Prezidentinin sözçüsü: Zalujnı vəzifəsindən azad edilməyib

Ukrayna Prezidentinin sözçüsü:  Zalujnı vəzifəsindən azad edilməyib backend

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Valeri Zalujnını vəzifəsindən azad etməyib.

“Report” xəbər verir ki, bu barədə Ukryana Prezidenti sözçüsü Serhiy Nikoforov “Ukrainska Pravda”nın sorğusuna şərhində bildirib.

“Dəqiq yox. Prezident baş komandanı vəzifəsindən azad etməyib”, – mətbuat katibi Prezidentin Zalujnını vəzifəsindən azad edib-etməməsi ilə bağlı sualına cavabında söyləyib.

Xatırladaq ki, daha öncə Ukraynanın bir sıra teleqram kanalları, habelə ölkənin keçmiş deputatı Zalujnının guya vəzifəsindən azad olunduğunu açıqlayıb.

Diaspora