“Apple”ın “Hardware Engineering” üzrə vitse-prezidenti DJ Novotni “Rivian Automotive”ə qoşulmaq üçün İT şirkətini tərk etmək qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb.
Novotny 25 il “Apple”da çalışıb, “iPod” və “iPhon”un inkişafında rolu olub. Mənbələr bildiriblər ki, o, həmçinin “iPad”in inkişafına və “Apple Watch”un bazara çıxarılmasına kömək edib.
Novotni avtonom elektrik avtomobili hazırlamaq üçün “Project Titan”da da iştirak edib. Bundan sonra onun elektrik yolsuzluq avtomobilləri və yük maşınları istehsal edən “Rivian”da avtomobil proqramları üzrə baş vitse-prezident olacağı qeyd edilib.
O, istefası barədə həmkarlarına 2024-cü il yanvarın 19-da məlumat verib.
QAZİLER.AZ