Çində təqaüdçü qadın öz vəsiyyətini dəyişərək milyonlarla dollarlıq mirasını ev itlərinə və pişiklərinə qoyub.
Qaziler.az xəbər verir ki, məlumatı “South China Morning Post” yazıb.
Təqaüdçü qadın əvvəlcə uşaqlarına 2,8 milyon dollar vəsiyyət edib, lakin bu yaxınlarda ailəsi ona baxmadığı üçün fikrini dəyişib. İndi yeni vəsiyyətnaməyə əsasən, çinli qadının bütün pulu ev heyvanlarına və onların balalarına qulluq etmək üçün istifadə olunacaq.
Lakin Çin qanunlarına görə, əmlakı birbaşa heyvanlara buraxmaq qadağandır. Ona görə də qadın sərvətinin idarəçisi olaraq baytarlıq klinikası açdırıb.
QAZİLER.AZ