Təxminən 1500 miqrant Meksikanın cənubundakı Çiapas əyalətindən ölkənin şimalına, ABŞ-la sərhədə doğru hərəkət edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə “El Imparcial” qəzeti məlumat yayıb.
Məlumata görə, sərhədə gedən yolda izdiham artıq 74 km məsafə qət edərək beş immiqrasiya və polis nəzarət məntəqəsini keçib. Nəşrin yazır ki, miqrantlar mühüm magistrallarda nəqliyyatın qarşısını kəsməmək üçün Milli Qvardiyanın, nəqliyyatın və bələdiyyə polisinin patrul dəstələrinin müşayiəti ilə hərəkət edirlər.
Qeyd edək ki, yanvarın 22-də “Fox News” xəbər verib ki, ABŞ Ali Məhkəməsi miqrant axınına qarşı mübarizə çərçivəsində Texasda ABŞ-Meksika sərhədində quraşdırılmış təxminən 48 km məftilli hasarın sökülməsinə qərar verib.
QAZİLER.AZ