İran İsrail kəşfiyyatının dörd əməkdaşını edam edib

İran İsrail kəşfiyyatının dörd əməkdaşını edam edib backend

Ötən il İsfahanda terror aktı hazırlayarkən həbs edilən İsrail kəşfiyyat qrupunun 4 üzvünə edam hökmü yanvarın 29-da icra olunub.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı  “İrna” agentliyi yayıb.

Keçən ilin yayında İranın Kəşfiyyat Nazirliyi verdiyi açıqlamada İraq Kürdüstanı vasitəsilə ölkəyə qanunsuz daxil olan “Mossad”a bağlı əməliyyat qrupunu ələ keçirdiyini bildirmişdi. Qrup İsfahanda Müdafiə Nazirliyinin hərbi sursat zavodunu bombalamaq niyyətində idi.

2023-cü il sentyabrın 18-də bu qrupun dörd üzvü sionist rejimə casusluq ittihamı ilə edam cəzasına məhkum edilib.

Bu gün İranda “Mossad” əməliyyat qrupunun əsas üzvləri - Məhəmməd Fəramərzi, Möhsün Məzlum, Vəfa Azarbar və Pejman Fatehi edam edilib.

QAZİLER.AZ

Diaspora