Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hazırda Ukrayna ordusu təxminən 880 min hərbçidən ibarətdir.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna lideri ARD-yə müsahibəsində deyib.
“Bizim 880 min hərbçimiz var. Bizim milyonluq ordumuz var. Eyni zamanda, hazırda 30 milyondan çox insan işləyir”, - o, deyib.
Onun sözlərinə görə, Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra nə qədər ukraynalının ölkəni tərk etdiyi hələlik dəqiq məlum deyil. Ancaq Zelenskinin sözlərinə görə, bu, təxminən 6,5-7,5 milyon nəfərdir.
QAZİLER.AZ