Estoniyada maaşların artırılmasını tələb edən müəllimlər ölkə parlamentinin binası yaxınlığında növbəti piket keçiriblər.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 29-da Estoniyanın ERR portalına təhsil işçilərinin həmkarlar ittifaqının rəhbəri Reemo Voltri məlumat verib.
Onun sözlərinə görə, bu həftə bir neçə min müəllim yanvarın 22-də başlayan tətili davam etdirir, lakin bəziləri işə qayıtmağa üstünlük verib. Eyni zamanda, Voltri qeyd etdiyi kimi, Estoniyanın baş naziri Kaya Kallas problemi başa düşdiyünü nümayiş etdirmir.
Voltri deyib ki, o, müəllimlər üçün minimum əmək haqqını ölkə üzrə orta səviyyəyə, yəni 1950 avroya qədər yüksəltməyə çalışır. Həmkarlar ittifaqı hətta əmək haqqını cəmi 1836 avroya qədər artırmağı təklif edərək tələblərini azaltmalı oldu, lakin ölkə hökuməti buna doğru addım atmadı.
O, həmçinin bildirib ki, tətilin altıncı günündən etibarən həmkarlar ittifaqı müəllimlərin ailələrinin maddi itkilərini kompensasiya etmək üçün onlara gündəlik maaşlarının yarısı qədər maaş verməyə başlayacaq.
QAZİLER.AZ