Tunisdə silahlılarla baş verən toqquşmada azı 2 hərbçi ölüb, 4-ü yaralanıb.
APA-nın verdiyi məlumata görə, hadisə ölkənin qərb bölgəsində, Əlcəzairlə sərhəddə qeydə alınıb.“Həyata keçirilən əməliyyat nəticəsində Səmmama dağında gizlənən cihadçılar hərbçiləri atəşə tutub. 2 hərbçimiz həyatını itirib, 4-ü yaralanıb”, deyə Tunis müdafiə nazirliyinin rəsmisi bildirib.
Xatırladaq ki, bu ilin martında silahlılar Tunisdəki “Bardo” muzeyini ələ keçirmişdilər, nəticədə 25 nəfər ölmüşdü. İyunda isə terrorçuların Sus kurortunda hotelə hücumu nəticəsində 40 nəfər ölmüşdü. Terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü.