Fransa Daxili İşlər Nazirliyi fermerlərin kütləvi etirazı ərəfəsində zirehli maşınlar yerləşdirib. Müvafiq kadrlar sosial şəbəkələrdə yayılıb.
Videoda zirehli maşınların və polis kordonunun Parisin cənub ətraflarında Rungis kommunası ərazisinə gəldiyi görünür. Burada Avropanın ən böyük topdansatış ərzaq bazarı yerləşir.
Qeyd edək ki, bu gün etiraz aksiyası keçirən fermerlər Fransa paytaxtının “tam blokadası” elan ediblər. Fermerlər bəyan etdilər ki, “bir dənə də olsun yük maşını” şəhəri təmin etməyəcək. Müvafiq aksiya, fermerlərin qeyd etdiyi kimi, ən azı beş gün davam edəcək.
Bundan əvvəl yerli hakimiyyət orqanlarının siyasətindən razı olmayan fransalı fermerlər La-Manş boğazının keçidinin həyata keçirildiyi Kale limanına yük maşınları üçün girişi bağlayıblar.
Fransanın ən böyük fermerlər birliyinin yaxın həftələrdə ümummilli etiraz aksiyaları keçirməyi nəzərdən keçirdiyi də bildirilir. Eyni zamanda, dövlət başçısı Emmanuel Makron iyunda keçiriləcək Avropa Parlamentinə seçkilər ərəfəsində fermerlərin ifrat sağçılara artan dəstəyindən qorxur.
Hökumət kənd təsərrüfatı haqqında qanun layihəsinin qəbulunu artıq təxirə salıb.
QAZİLER.AZ