Rusiya və Belarus birgə təyyarə istehsalına başlayacaq.
Qaziler.az bildirir ki, bu barədə Belarus baş nazirinin müavini Viktor Parxomçik “Belarus 1” telekanalında məlumat verib.
Söhbət ikimühərrikli 19 yerlik təyyarələrin yaradılmasından gedir. İstehsal Belarus ərazisində aparılacaq, tikinti işləri isə Rusiya tərəfindən maliyyələşdiriləcək. İlk iki belə təyyarənin 2026-cı ilə qədər istehsalı planlaşdırılır.
QAZİLER.AZ