Çin Tayvan ətrafında daimi olaraq dörd döyüş gəmisi yerləşdirib.
Qaziler.az bildirir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti yanvarın 29-da Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
İddia olunur ki, bu yolla ÇXR adaya təzyiq göstərməklə yanaşı, regionda münaqişə yaranacağı təqdirdə ABŞ gəmilərinin yaxınlaşmasının qarşısını almağı planlaşdırır.
Nəşrin təqdim etdiyi xəritəyə əsasən, gəmilər Tayvanı şimaldan, cənubdan və şərqdən əhatə edir. "Eyni zamanda, Yaponiyanın öz ərazisi hesab etdiyi Şərqi Çin dənizindəki mübahisəli Senkaku (Diaoyu) adalarının şimal-qərbində daim bir gəmi yerləşir", - deyə Gazeta.Ru bu məsələyə diqqət çəkir.
QAZİLER.AZ