Beynəlxalq vasitəçilər Qəzza zolağında dörd aylıq atəşkəslə bağlı danışıqlar aparır.
QAZİLER.AZ Trend-ə istinadən verdyi məlumata görə, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
Qeyd olunub ki, bu təşəbbüs ərəb vasitəçilər tərəfindən irəli sürülüb. Plan bir neçə hissədən ibarət olacaq. Atəşkəsin birinci mərhələsində "HƏMAS" altı həftə ərzində bütün mülki girovları İsrailə təhvil verməli olacaq.
Sonra qadın əsgərlərin, sonra İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) kişilərdən ibarət döyüşçüləri təhvil verilməlidir. Atəşkəsin son mərhələsində İsrail əsgərlərinin cəsədləri İsrailə təhvil veriləcək.