Almaniyada sağ ekstremizmə qarşı mitinqdə 100 min nəfər iştirak edib

Almaniyada sağ ekstremizmə qarşı mitinqdə 100 min nəfər iştirak edib backend

Almaniyanın Düsseldorf şəhərində sağçı “Almaniya üçün Alternativ” (AfD) siyasi partiyasına qarşı kütləvi aksiyalar keçirilib.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

“İştirakçı sayı təxminən 100 min nəfər olub. Aksiyada xırda qanun pozuntuları, o cümlədən pirotexniki vasitələrdən istifadə qeydə alınıb”, - deyə idarədən bildirilib.

Almaniyanın digər şəhərlərində də analoji mitinqlər keçirilib.

Etirazçılar AfD-ni ölkəni faşistləşdirməkdə ittiham edirlər. Nümayişlərə səbəb noyabrda AfD nümayəndələrinin bir sıra ifrat sağçı və neonasist təşkilatlarının liderləri ilə gizli görüş keçirməsi barədə mediada yer alan məlumatlar olub.

 

 

 

Diaspora