Böyük Britaniya iki əsr əvvəl Qanadan ixrac etdiyi qızıl və zinət əşyalarını elə bu ölkəyə icarəyə vermək qərarına gəlib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, ümumilikdə söhbət Britaniya Muzeyində və Londondakı Viktoriya və Albert Muzeyində saxlanılan 32 nüsxədən gedir. 19-cu əsrdə onlar Aşanti imperiyasının padşahları sülaləsinə mənsub idilər.
Keçən il sülalənin nəslindən olan Kral İkinci Osey-Tutu Londona gəlib və III Kral Çarlzla görüşüb.
Görünür, bu görüş zamanı qiymətli əşyaların vətənə “qaytarılması” barədə razılıq əldə olunub.
Qeyd olunur ki, oğurlanmış əmlakın icarə müddəti 3 ildir. Daha sonra müddətin uzadılması ilə bağlı qərarı Britaniya Muzeyi verəcək. Amma bu qurumun ianə vermək və ya qəniməti sadəcə geri qaytarmaq səlahiyyəti yoxdur.