Baydendən inanılmaz səhv: Görün Trampı necə təqdim etdi

Baydendən inanılmaz səhv: Görün Trampı necə təqdim etdi backend

ABŞ prezidenti Co Bayden Cənubi Karolinada Demokratlar Partiyasının şam yeməyi zamanı yenə çaşıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, o, sabiq Amerika lideri və qarşıdan gələn seçkilərdəki rəqibi olan Donald Trampı hazırkı prezident adlandırıb. Tədbir “C-Span” tərəfindən yayımlanıb.

“Biz tezliklə Amerika istehlakçılarının iqtisadiyyata real inamı bərpa edəcəyinə dair sübutlar görəcəyik. Bunu daha kimin görəcəyini bilirsiniz: Donald Tramp. Hazırkı prezident iqtisadiyyatın bu il çökməsini istədiyini deyib, Allah məni bağışlasın”, - Bayden deyib.

Bundan sonra ABŞ lideri yenidən Trampı keçmiş prezident adlandırmağa başlayıb və deyib ki, heç bir amerikalı öz ştatının iqtisadiyyatının çökməsini istəməməlidir. Co Bayden rəqibinin bəzi ifadələrinin onu qəzəbləndirdiyini etiraf edib və buna görə də orada olanlardan soyuqqanlılığını itirdiyinə görə onu bağışlamalarını istəyib.

Bayden daha əvvəl Trampı sələfi əvəzinə professor adlandırmışdı.

 

 

Diaspora