Almanlar "çətin günə" pul yığır

Almanlar "çətin günə" pul yığır backend

Almaniyada 2024-cü ilin əvvəli istehlak mühitinin azalması ilə yadda qalıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, 2023-cü ilin sonunda Milad və Yeni il bayramları ilə əlaqədar Almaniyada istehlak mühitində müəyyən müsbət tendensiyalar qeydə alınıb. Lakin iqtisadçıların qiymətləndirməsinə görə, hazırda 2023-cü ilin mart ayı göstəricisindən də aşağı olan azalma başlayıb.

Belə ki, yanvarın 26-na Almaniyanın istehlakçı əhval-ruhiyyəsinin qiymətləndirmə indeksi 4,3 bənd azalaraq - 29,7-yə enib.

Qeyd edək ki, koronavirus pandemiyasına qədər bu rəqəm +10 idi. Mütəxəssislər qeyd edirlər ki, sıravi almanlar böhranlar, müharibələr və inflyasiya fonunda öz gəlirlərini yığmağa və “çətin gün” üçün qənaət etməyə daha çox meyillidirlər.

 

 

Diaspora