Texasdakı vəziyyətlə əlaqədar aksiya təşkilatçıları müraciət yayıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, təşkilatçılar xalqı bir olmağa, sərhədləri qorumağa çağırıb.
"Bütün yük maşınları sürücülərinə, baykerlərə, hüquq-mühafizə orqanlarına, veteranlara, hərbçilərə, biznes sahiblərinə, fermerlərə və azadlıqsevər amerikalılara çağırış edirik. Konstitusion hüquqlarımızı müdafiə etmək və hökumətimizdən hərəkətə keçməsini və sərhədimizin təhlükəsizliyini təmin etməsini tələb etmək üçün sülh yolu ilə bir araya gəlməyin vaxtıdır", - təşkilatçılar bildiriblər.
Sosial şəbəkələrdə yayılan məlumata görə, yük maşınları gələn həftə hökumətdən qeyri-qanuni miqrasiya axınının dayandırılmasını tələb etmək üçün ABŞ-ın cənub sərhədinə gedəcək.