ABŞ səlahiyyətliləri Texas ştatından federal agentlərin cümə gününün sonuna qədər maneələri sökmək üçün Meksika ilə sərhəd hissəsinə daxil olmasına icazə verməyi tələb ediblər.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Nazirliyinin məktubunda deyilir.
“Biz Texasın hazırda qarşısını aldığı "Shelby Park" ərazisinə tam giriş tələb edirik. 26 yanvar 2024-cü il tarixinədək dövlətin ABŞ Sərhəd Patrulunun yuxarıda sadalanan ərazilərə girişini təmin edəcəyini təsdiqləyin”, - sənəddə deyilir.
QAZİLER.AZ