Ukraynalı əsirlərin olduğu “İl-76” təyyarəsinin qəza görüntüləri yayılıb - VİDEO

Ukraynalı əsirlərin olduğu “İl-76” təyyarəsinin qəza görüntüləri yayılıb - VİDEO backend

Rusiya Federasiyasının İstintaq Komitəsi Belqorod vilayəti ərazisində vurulan “İl-76” təyyarəsinə ukraynalı hərbi əsirlərin mindirilməsinin görüntülərini yayıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, video İK-nın teleqram kanalında yayımlanıb.

Məlumatda qeyd edilib ki, ukraynalı hərbçilər “İl-76”ya minmək üçün altı maşından ibarət karvanda gətiriliblər. Onlar təyyarəyə maşından miniblər.

Qeyd edilib ki, “İl-76” təyyarəsi yanvarın 24-də səhər saatlarında Belqorod vilayətinin Yablonovo kəndi yaxınlığında raketlə vurulub. Təyyarədə Ukrayna Silahlı Qüvvələrinin 65 əsgəri, altı ekipaj üzvü və onları müşayiət edən üç nəfər olub.  

QAZİLER.AZ

Diaspora