Rusiyanın “İl-76” hərbi-nəqliyyat təyyarəsi Kiyevin nəzarətində olan ərazilərdən hücuma məruz qalıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin çıxışı Kremlin teleqram kanalında yayımlanıb.
Rusiya liderinin sözlərinə görə, təyyarənin qəsdən, yoxsa səhvən vurulduğu məlum deyil, amma bunu Ukrayna tərəfinin etdiyi açıq-aydın görünür. Putin qeyd edib ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi məhbusların əvvəlcədən razılaşdırılmış mübadilə yerinə aparıldığını bilirdi.
Rusiya Federasiyasının prezidenti onu da bəyan edib ki, o, Rusiya İstintaq Komitəsindən mümkün qədər istintaqın təfərrüatlarını ictimaiyyətə açıqlamasını xahiş edəcək ki, Ukraynada insanlar nə baş verdiyini bilsinlər.
QAZİLER.AZ