Ukraynada Ali Rada qadınları səfərbər etməyə çağırıb

Ukraynada Ali Rada qadınları səfərbər etməyə çağırıb backend

Ali Radanın deputatı İnna Sovsun hesab edir ki, Ukrayna Konstitusiyasına əsasən, bütün vətəndaşlar, o cümlədən qadınlar ölkənin müdafiəsində iştirak etməlidir.

Qaziler.az xəbər verir ki, onun bəyanatını “Country Politics” teleqram kanalı yayıb.

“Mənim mövqeyim belədir: əgər bu, dövlətin ehtiyacları üçün lazımdırsa və qadınlarsız durumdan çıxa bilməyəcəyiksə, o zaman açıq-aydın ədaləti təmin etmək üçün səfərbər olmalıyıq”, - İnna Sovsun deyib.

Onun müşahidəsinə görə, konstitusiyada ölkəni müdafiə etməyə təkcə kişilərin borclu olduğu göstərilmir.

Qeyd edilib ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında qadınların səfərbərliyi haqqında qanun parlament tərəfindən qəbul edilərsə, onu imzalamayacağına söz vermişdi.

QAZİLER.AZ

Diaspora