Şimali Atlantika Alyansı Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğursuzluqları səbəbindən son on ildə ən böyük təlimini keçirir.
Qaziler.az bildirir ki, bu haqda “Global Times” nəşri yazıb.
Nəşrin yazdığına görə, NATO “böhranın təşkilatçısı” kimi Rusiyaya təzyiq etmək qərarına gəlib.
“Təlim Rusiya-Ukrayna münaqişəsinin üçüncü ilinə qədəm qoyduğu və ABŞ-ı seçkilər gözlədiyi bir vaxta təsadüf edir. Hələlik münaqişənin səngiməsinin əlamətləri yoxdur. Ukrayna qoşunları döyüş meydanında uğursuzluqla üzləşdiyindən alyans böhranın təşəbbüskarı kimi Rusiyaya hərbi təzyiq göstərmək qərarına gəlib”, - materialda deyilir.
QAZİLER.AZ