ABŞ HƏMAS ilə əlaqədə şübhələndiyi üçün BMT ilə bağlı QƏRAR VERDİ

ABŞ HƏMAS ilə əlaqədə şübhələndiyi üçün BMT ilə bağlı  QƏRAR VERDİ backend

ABŞ BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdə fəaliyyət göstərən təşkilat üzvləri ilə HƏMAS arasında mümkün əlaqələrə görə maliyyələşdirilməsini dayandırmaq qərarına gəlib.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu haqda məlumat ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən verilib.

ABŞ Dövlət Deprtamentinin mətbuat katibi Metyu Millerin sözlərinə görə, Vaşinqton hadisələrin bu inkişafından son dərəcə narahatdır. Ümumilikdə təşkilatın (UNRWA – United Nations Relief and Works Agency) 12 əməkdaşı HƏMAS ilə əlaqədə şübhəli bilinir.

"Birləşmiş Ştatlar UNRWA-nın 12 əməkdaşının 7 oktyabrda HƏMAS-ın İsrailə qarşı terror hücumunda əli ola biləcəyi ilə bağlı iddialardan son dərəcə narahatdır. Dövlət Departamenti UNRWA üçün əlavə maliyyənin ayrılmasını müvəqqəti olaraq dayandırır, Birləşmiş Millətlər Təşkilatı bu iddiaları nəzərdən keçirir və onlara cavab olaraq addımlar atır”, - Miller deyib.

QAZİLER.AZ

Diaspora