Litvanın ölkəsini müdafiə etmək üçün pulu çatmır

Litvanın ölkəsini müdafiə etmək üçün pulu çatmır backend

Litva ölkənin müdafiəsini maliyyələşdirmək üçün lazım olan vəsait çatışmazlığı ilə üzləşib.

Qaziler.az TASS-a istinadla bildirir ki, bunu Litva Liberallar İttifaqının sədri Eugenius Gentvilas bildirib. Onun sözlərinə görə, 2030-cu ilə qədər pul çatışmazlığı 4 milyard avro təşkil edəcək. Bu məbləğ isə respublikanın Müdafiə Nazirliyinin iki illik büdcəsinə bərabərdir.

“Müdafiənin maliyyələşdirilməsi prioritetlərinə əsasən, 2030-cu ilə qədər maddi sıxıntı 4 milyard avro təşkil edəcək ki, bu da Müdafiə Nazirliyinin iki illik büdcəsinə bərabərdir”, - Gentvilas bildirib.

Siyasətçi kəsiri kommersiya sektorundan və əhalidən vəsait cəlb etməklə ödəməyi təklif edir.

QAZİLER.AZ

Diaspora