Putin Ukraynada döyüşən rus hərbçilərin maaşlarını AÇIQLAYIB

Putin Ukraynada döyüşən rus hərbçilərin maaşlarını AÇIQLAYIB backend

"Ukraynada xüsusi əməliyyat zonasına gedən hərbçilər təxminən 200 min rubl maaş alır".

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin verib. Dövlət başçısı bu məbləği layiqli adlandırıb və əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin əsgərləri təkcə əmək haqqı deyil, həm də pul müavinəti almaq hüququna da malikdir.

Hərbi ekspert Andrey Klintseviç də öz növbəsində Ukrayna tərəfində döyüşlərdə iştirak edən amerikalı muzdluların maaşlarını açıqlayıb. Onun sözlərinə görə, onların arasında münaqişədə iştirakına görə ayda 30-40 min dollara qədər maaş alan döyüşçülər, onların rəhbərliyinin əmrlərini yerinə yetirən Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları da var.

QAZİLER.AZ

Diaspora