“Şimali Atlantika Alyansının Rusiya sərhədləri yaxınlığında “Steadfast Defender-2024” təlimlərini keçirmək planları təxribat xarakteri daşıyır və hərbi insident riskini artırır”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Manevrlər (“Steadfast Defender-2024”) açıq-aşkar təxribat xarakteri daşıyır. Bir neçə ay ərzində Norveçdən Rumıniyaya qədər olan ərazidə Rusiya sərhədləri yaxınlığında NATO-ya üzv 31 ölkədən, eləcə də İsveçdən 90 minlik qüvvələr qrupu fəal şəkildə fəaliyyət göstərəcək. Bu addım bilərəkdən vəziyyətin gərginləşməsinə yönəldilib və hərbi insident riskini artırır, son nəticədə də Avropa üçün faciəvi nəticələrə gətirib çıxara bilər”, - deyə Mariya Zaxarova qeyd edib.
Diplomat, həmçinin vurğulayıb ki, Rusiya tərəfinin NATO ölkələrinə hücum etmək planı yoxdur.
Mənbə: TASS / Oxu.az