NATO-nun baş katibi Yens Stoltenberq Macarıstanı İsveçin alyansa üzvlüyünü tez bir zamanda təsdiqləməyə çağırıb.
Qaziler.az bildirir ki, o, bunu yanvarın 26-da keçirdiyi mətbuat konfransında Türkiyənin analoji qərarı alqışlayaraq bildirib.
“İsveçin alyansa daxil olması onu daha da gücləndirəcək. Türkiyə parlamenti və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qərarın təsdiqini alqışlayıram. Macarıstanın Baş naziri Viktor Orbanın dəstəyini də alqışlayıram. Macarıstan parlamenti fevralın sonunda toplanan kimi ratifikasiyaya ümid edirəm", - Stoltenberq deyib.
QAZİLER.AZ