Aİ Orbanı bu məsələyə görə səsvermə hüququndan məhrum edə bilər - "Politico"

Aİ Orbanı bu məsələyə görə  səsvermə hüququndan məhrum edə bilər -  "Politico" backend

Aİ liderləri Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 50 milyard avroluq yardım paketini əngəlləməkdə davam edərsə, o, blokun səsvermə prosesindən kənarlaşdıra bilər.

Bu barədə “RBC-Ukrayna” “Politico”ya istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, beş avropalı rəsmi və diplomat bildirib ki, bloka daxil olan digər ölkələr də Budapeştə qarşı addımlar atmağa hazırdır, bu, birliyə və yekdilliyə arxalanan liderlər üçün tarixi addımdır.

“Əgər Orban fevral sammitində [Ukrayna üçün büdcə və 50 milyard avro] razılaşmanı yenidən bloklayarsa, Macarıstanı səsvermə hüquqlarından məhrum etmək üçün 7-ci maddədən istifadə etmək məqsədəuyğun bir seçim ola bilər”, – Aİ diplomatlarından biri deyib.

QAZİLER.AZ

Diaspora