Fransalı siyasətçi ölkəni kənd təsərrüfatı naminə Aİ-dən çıxmağa çağırıb

Fransalı siyasətçi ölkəni kənd təsərrüfatı naminə Aİ-dən çıxmağa çağırıb backend

Fransa kənd təsərrüfatını xilas etmək üçün Avropa İttifaqından (Aİ) çıxmalıdır.

 Qaziler.az bildirir ki, bunu yanvarın 25-də Fransanın "Patriot" hərəkatının lideri Florian Filippot deyib.

“İnanılmazdır! Fermerlərin etirazlarının qızğın vaxtında Avropa Komissiyası yenicə Aİ ilə MERSOCUR (Argentina, Braziliya, Paraqvay və Uruqvayın daxil olduğu iqtisadi və siyasi blok - Red.) arasında azad ticarət sazişinin qəbulunu sürətləndirmək istədiyini elan edərək böyük bir təxribat törətdi. Bu, bizim kənd təsərrüfatımızı öldürəcək! O, bunu edə bilər”, – siyasətçi X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Filippo hesab edir ki, Aİ Fransanı məhv etməzdən əvvəl onun özü məhv edilməlidir. O, dövləti alyansdan çıxmağa çağırıb.

QAZİLER.AZ

Diaspora