Yanvarın 25-də Ukraynanın Baş naziri Denis Şmıqal Fransa hökumətinin yeni rəhbəri Qabriel Attal ilə telefon danışığı aparıb.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Şmıqal öz Telegram kanalında məlumat verib.
Söhbət zamanı Ukrayna və Fransanın baş nazirləri əməkdaşlığı, xüsusilə hərbi sahədə, islahatların həyata keçirilməsini və Avropaya inteqrasiyanı müzakirə ediblər.
Ukrayna hökumətinin başçısı fransalı həmkarına SCALP raketlərinin əlavə partiyasına, “artilleriya koalisiyasının” yaradılmasına və artilleriya sistemləri və mərmilərin tədarükünün artırılmasına, həmçinin 50 milyard avro dəyərində Ukrayna Mexanizmi proqramına dəstəyə görə təşəkkür edib.
QAZİLER.AZ