Moldova Respublikası Kosovoda sülhməramlı missiyada iştirakını davam etdirir.
Qaziler.az Moldova mətbuatına istinadən bildirir ki, bu gün Moldova Respublikasının ordusu Kosovoya sülhməramlılardan ibarət 20-ci kontingentini göndərib. Qrupa 41 nəfər daxil idi.
Müdafiə naziri Anatoli Nosatinin qeyd etdiyi kimi, ilk dəfə olaraq qadın hərbçilər sülhməramlı missiyada iştirak edirlər.
Moldova əsgərləri Qərb Regional Komandanlığının bir hissəsi olacaq və Kosovonun Peç şəhərində yerləşən "Camp Villaggio Italia" hərbi bazasında yerləşdiriləcək.
QAZİLER.AZ