ABŞ Ermənistanda hərbi-bioloji laboratoriya açmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat yayılıb.
KİV Ermənistanın müdafiə naziri Suren Papikyanın ötən həftə Pentaqonla Ermənistanda 13-cü laboratoriyanın açılması barədə saziş imzaladığını yazır.
"Hərçənd müvafiq strukturların nümayəndələri söhbətin keçmiş sanitar-epidemioloji stansiyaların Vaşinqtonun maliyyələşdirilməsi ilə müasirləşdirilən laboratoriyalarından getdiyini deyir, Nikol Paşinyan isə laboratoriyaların müasirləşdirilməsində ABŞ-nin maliyyə dəstəyinə baxmayaraq, onların əslində Ermənistan Respublikasının mülkiyyəti olduğunu deyir. Lakin bu, narahatlıqları azaltmır", - erməni KİV-i yazır.
Qeyd olunub ki, yeni laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.
Həmçinin, o da qeyd olunub ki, bu ABŞ-nin Gümrüdə açacağı ikinci bioloji laboratoriya olacaq. Belə ki, digər bioloji laboratoriya Gümrüdə məktəbin yaxınlığında fəaliyyət göstərir.