Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəhbəri, Maltanın xarici işlər naziri Yan Borq Ukraynanın paytaxtı Kiyevə səfər edəcək. Səfər gələn həftəyə planlaşdırılıb.
Qaziler.az bildirir ki, bu barədə “The Times of Malta” nəşri xəbər verir.
ATƏT rəhbərinin sözlərinə görə, bu səfər Ukraynaya “sabit dəstəyin” nümayişi olacaq.
"Gələn həftə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi nümayiş etdirmək üçün Kiyevə səfər edəcəyəm. Mən və Malta sədrliyi Rusiyanın Ukraynanın bütün ərazisindən beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tam, qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edəcəyik", - o, bu gün, yanvarın 25-də bildirib.
Bundan əlavə, Borq son həftələrdə Rusiya Federasiyasının hücumlarının artmasını qətiyyətlə pisləyib.
QAZİLER.AZ