Ankarada həyat dayanacaq - 2 günlük tətil

Ankarada həyat dayanacaq - 2 günlük tətil backend

Ankaradakı dəhşətli terror aktı ilə əlaqədar Türkiyənin həmkarlar ittifaqları 3 günlük tətil qərarı verib.

Lent.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, şənbə günü Ankaranın Gənclik meydanında nümayişi təşkil edən həmkarlar təşkilatlarının tətil qərarına digər təşkilatlar da qoşulub. “Basın-İş”, “Çev-Bir”, “Türkiyə Jurnalistlər Sendikatı” və “Yayım Əməkçiləri Kollektivi”i də terrora etiraz olaraq 12-13 oktyabr tarixlərində işi dayandıracaqlarını bildiriblər.

Bundan başqa ölkədəki apteklərin və hüquq firmalarının da əksəriyyəti tətilə qoşulmaqla bağlı qərar verib.

Ankarada fəaliyyət göstərən vəkillərin və müstəqil hüquqşünasların hamısı məhkəmə proseslərinə qatılmayacaqlarına bəyan ediblər.
Diaspora